AZ

Uşaqların qidasına fikir verin!- Pediatrdan XƏBƏRDARLIQ

Havalar soyuduqca xəstəliklər də artır. Xüsusilə də uşaqlar arasında xəstəliklərə dah çox rast gəlinir. Təbii ki, uşaqların xəstələnməsi bir çox hallarda valideyn diqqətsizliyi qaynaqlanır.

Və tale elə gətirib ki, uşaqlar hətta qidalardan belə infeksiya tapa bilir, xəstələnir.

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif Qarayev deyir ki, dəfələrlə deyilib ki, uşaqlarda abur-cubur, fast-food, rəngli, qazlı və energetik içkilər sevdası zərərlidir:

“Şəkər xəstəliyi, allergik problemlər, mədə-bağırsaq problemləri, ürək-damar xəstəlikləri əksər hallarda bu qida məhsullarından qaynaqlanır. Bütün hallarda valideynlər günahkardır! Bu barədə mübahisə etmək mənasızdır. Ona görə də hər bir valideyn övladının hərəkətlərinə və qidalanmasına qarşı həssas olmalıdırlar”.

News365.az

Seçilən
12
news365.az

1Mənbələr