AZ

Qırğızıstan BMT-nin Beynəlxalq Vasitəçilik Konvensiyasına qoşuldu

BAKI, 31 oktyabr. TELEQRAF

Prezident Sadır Japarov 2018-ci il tarixində Nyu-Yorkda Qırğızıstanın BMT-nin Vasitəçilik yolu ilə əldə edilmiş beynəlxalq nizamlanma sazişlərinə dair Konvensiyasına qoşulması haqqında qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, sənəd vasitəçilik yolu ilə bağlanmış sazişlərin tanınması və icrasını sadələşdirməyi, mübahisələrin məhkəməsiz sülh yolu ilə həllini nəzərdə tutur.

Qırğızıstan qeyd-şərt qoyub: konvensiya yalnız tərəflərin ondan istifadəyə razılıq verdiyi hallarda tətbiq ediləcək.

Qırğızıstan Xarici İşlər Nazirliyinə qoşulma haqqında sənədi BMT Baş katibinə təqdim etmək tapşırılıb. Qanun on gündən sonra qüvvəyə minəcək.

Seçilən
38
teleqraf.com

1Mənbələr