Məşhur ABŞ-li sənətçi Meqan Covon Rut Pit(“Megan Thee Stallion”) və Milli Basketbol Assosiasiyasının (NBA) oyunçusu Klay Tompson artıq birgə yaşayır.
İdman.Biz xəbər verir ki, bu məlumatın yayılmasına səbəb sənətçinin “Instagram” səhifəsindəki paylaşımı olub.
Belə ki, sənətçi 32 milyondan çox izləyicisi olan sosial şəbəkə hesabında iki fərqli əlin ürək formasında birləşdiyi və ortasında açar dəstəsinin olduğu fotonu paylaşıb.
Pərəstişkarlar həmin əllərdən birinin Klay Thompsona məxsus olduğuna iddia ediblər.
Cütlük bu ilin yayında “Instagram”da münasibətlərini rəsmi şəkildə paylaşıb. Belə ki, Meqan tez-tez Klay Tompsonun oyunlarını gedərək, sevgilisinə dəstək verir.
 Qeyd edək ki, Klay Thompson hazırda “Dallas Maveriks” klubunda çıxış edir.
Qeyd edək ki, Klay Thompson hazırda “Dallas Maveriks” klubunda çıxış edir.
 
                        