Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan bu tədbir uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəmləkəçilik mövzusunda açıq şəkildə danışmağa razılıq verən ilk ölkədir. Çünki Fransa, Belçika, Almaniya və ümumiyyətlə, Avropa ölkələrinin heç birində bu məsələ barədə danışmaq istəmirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Panafrika müstəmləkəçiliyinə qarşı hərəkatın üzvü və burundili jurnalist Düzab Alin söyləyib.
“Bu gün Bakıda keçirdilən bu konfrans Belçika müstəmləkəçiliyindən əziyyət çəkmiş Afrika ölkəsi kimi bizlərə güc verdi. Bu tədbir bizi irəliyə doğru addım atmaq, mübarizəmizi davam etdirmək üçün ruhlandırdı. Çünki ölkəmizdə müstəmləkəçilik və neokolonializm hələ də davam edir, bu prosesin qurbanları var”, - deyə o vurğulayıb.
Düzab Alin əlavə edib: “İnsanlarımız ayrı-seçkiliyə məruz qalırlar. Məsələn, Burundidə müsəlmanlar təhsildən kənarlaşdırılır, çünki təhsil müəssisələri əsasən missionerlərə məxsusdur. Biz müsəlmanıq və bu səbəbdən həmin məktəblərdə oxumaq bizim üçün əlçatan deyil. Hətta mən özüm həmin məktəblərdə oxuya bilmək üçün adımı dəyişmişəm - Halimani əvəzinə, Alin adını götürmüşəm. Düzdür, mən müstəmləkəçilik dövründə doğulmamışam, amma onun təsirləri ölkəmdə hələ də qalmaqdadır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.