AZ

"Azəralüminium" ixracdan 15 milyon dollar itirib

"Azəralüminium" MMC-nin bu ilin yanvar-sentyabr aylarında ixracatı 92,2 milyon ABŞ dolları təşkil edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon dollar və ya 13,9% azalma deməkdir.

Müqayisə üçün bildirək ki, şirkətin ötən ilin eyni dövründəki ixracı 107,1 milyon dollar təşkil etmişdi.

Seçilən
30
fed.az

1Mənbələr