Din, atalar sözü və kvant fizikası - eyni həqiqətin müxtəlif dilləri olmaqla yanaşı, həm də bir-birinin istisnasız təsdiqidir.
Kvant fizikasına görə müşahidəçi reallığı dəyişir, düşüncə, niyyət, sözlər enerjini istiqamətləndirir. Bu hal elmi dildə “dalğa-funksiyası”nın çökməsi, sadə dildə inamın gerçəyə çevrilməsidir. Şüur reallığı formalaşdırır.
Dini yanaşmaya nəzər salaq. Deyilir: "Sidq ürəklə istə, Allah böyükdür, verəcək", "Rəbbini zikr et, qəlbin rahatlasın".
Atalar sözləri də eyni mahiyyətə xidmət edir. Bir neçəsini sadalayaq: "Nə əkərsən, onu biçərsən", "Yaxşı düşün, yaxşı yaşa", "Ürəkdən gələn söz dağı da dələr", "Yaxşı söz ilanı yuvasından çıxardar", "Ağzından çıxan quşdur — uçdu, qayıtmaz". Haşiyə: sonuncu atalar sözünün davamı olaraq "Susmaq qızıldır" kəlməsini də xatırladım. Hər hansı neqativ ifadə işlədib, onu özünə qaytarmaqdansa susmaq qızıldır.
Din — niyyət, atalar sözü hikmət, kvant fizikası elmi müstəvidə kainatın bütün sivilizasiyalar boyu əsl və sadə gerçəyini çox şəfaf şəkildə təqdim edir.
Müşahidə olunan obyektin davranışı müşahidəçinin mövqeyindən asılıdır.
Son: xoşbəxtliyin bir açarı var: TINCIXMA, GİLEYLƏNMƏ, MÜHAKİMƏ ETMƏ!
Ceyhun Musaoğlu
 
                        