AZ

Xankəndi şəhərində, Ağdərə və Xocalı sakinlərin istifadəsinə verilən ev və mənzillərin sayı açıqlanıb

Xankəndi. Trend:

Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köçplanına uyğun olaraq 19 yaşayış məntəqəsində, o cümlədənXankəndinin Kərcicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır.

Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetməXidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə bunu Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində“Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasirçağırışlar” mövzusunda konfransında Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovdeyib.

O qeyd edib ki, hazırkı dövrədək 1141 ev və mənzil təmir vəbərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə,yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimiməskunlaşıb.

"Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalırayonlarında 22 mindən artıq şəxs yaşayır. Bölgədə hər bir sakinsosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub", -deyə E. Yusubov qeyd edib.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

10Mənbələr