Rusiya qoşunları Novoaleksandrovka kəndini tutub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Vostok" hərbi qrupunun bölmələri Dnepropetrovsk vilayətinin Novoaleksandrovka kəndini tutub", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, “Vostok” hərbi qrupu son bir həftə ərzində irəliləməkdə davam edir.
O da qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri 1950-yə qədər hərbçi itirib.
 
                        