AZ

Bəs qeydiyyat və texniki baxış necə həyata keçiriləcək? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur. Bəs bu dəyişiklik avtomobil qeydiyyatı və texniki baxış proseslərinə hər hansı təsiri göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, çip elementləri indiyə qədər də bu prosedurlarda mühüm rol oynamayıb:

“Onsuz da bugünə qədər həmin ciplərin avtomobil qeydiyyatı və texniki baxış prosedurlarına xüsusi əhəmiyyəti yox idi. Bundan sonra da elə bir təsiri olmayacaq.”

Ekspertin sözlərinə görə, nəqliyyat vasitələrinin qeydiyyatı və texniki baxışı əsasən məlumat bazası üzərindən həyata keçirildiyi üçün çipin mövcudluğu və ya olmaması prosesə təsir göstərmir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
3
konkret.az

4Mənbələr