AZ

"ABŞ artıq fiziki sınaqlar üzrə təcrübəsini itirib"

"ABŞ-də nüvə sınaqlarının tam şəkildə bərpa olunması illər çəkə bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Nevada ştatındakı nüvə sınaq poliqonunun keçmiş əməkdaşlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, mütəxəssislər ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının dərhal bərpa olunması ilə bağlı bəyanatını çaşqınlıq və narahatlıqla qarşılayıblar. 

Onlar izah ediblər ki, ABŞ artıq fiziki sınaqlar üzrə təcrübəsini itirib, çünki bu sınaqlar 30 ildən çoxdur keçirilmir. Müasir nüvə sınaqları hazırda kompüter modelləşdirməsi vasitəsilə aparılır və ya “subkritik sınaqlar” adlandırılan, əslində nüvə partlayışı olmayan eksperimentlər şəklində həyata keçirilir.

Bundan əlavə, Nevadadakı poliqonun özü əsaslı təmirə ehtiyac duyur. Yaxın zamanda orada olmuş mütəxəssislər test avadanlıqlarının vəziyyətini “pas içində olan bir quyu” kimi təsvir ediblər. 

Digər bir problem isə kadr çatışmazlığıdır. Çünki poliqonun bir çox əməkdaşı artıq oradan gedib və ya işdən çıxarılıb, qalan işçilər isə ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması (“şatdaun”) səbəbindən maaş almırlar.

Qeyd edək ki, Tramp 29 oktyabrda bəyan edib ki, o, Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırıb.

Seçilən
34
operativmm.az

1Mənbələr