AZ

Aleksandr Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq

BAKI, 31 oktyabr. TELEQRAF

“Qərb ölkələri Belarusun qərb hissəsi və ya Ukrayna üzərində nəzarəti bərqərar edə bilməyəcəklər”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri qeyd edib ki, respublikanın bəzi qonşu ölkələri ÜDM-in 5 faizə qədərini hərbi ehtiyaclara xərcləyir, bu, çox yüksək səviyyədədir. Bununla bağlı o, Qərb dövlətlərinin Ukrayna və Belarusun bir hissəsinə nəzarəti bərqərar edə bilməyəcəyini vurğulayıb: “Bu baş verməyəcək”.

Lukaşenko xəbərdarlıq edib: “Çirkli çəkmələrinizlə icazəsiz bura ayaq bassanız, ağır zərbə alacaqsınız”.

Seçilən
16
3
teleqraf.com

4Mənbələr