"Qarabağ" - "Çelsi" oyununa 5 gün qalıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidməti Tofiq Bəhramov adına Respublika oyununda keçiriləcək matça nə qədər bilet satıldığını açıqlayıb.
Görüşə indiyədək 27 250 bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
 
                        