AZ

Ukraynada müsəlmanlara qarşı artan təzyiqlər...

Rusiyanın Ukraynaya qarşı dördüncü il davam edən müharibəsi Ukrayna dövlətini sağ qalmaq uğrunda ümidsiz mübarizənin astanasına qoyub...

Müəllif: Kamran Məmmədov, Cənubi Qafqaz və Şərqi Avropa Azərbaycan Jurnalistləri Birliyinin təsisçisi

Ukrayna xalqına dəstək göstərmək məqsədilə bir çox dövlətlər Ukrayna ilə bağlı ağrılı və kəskin mövzuları qəsdən tabu edir, onları ictimaiyyətə çatdırmaqdan çəkinirlər.

Lakin Ukraynaya səmimi yardım, mərhəmət senzura və həqiqətin təqib edilməsi ilə eyni mənada deyil; həqiqətin qələbəsi ən dramatik problemləri həll etməyə imkan verir. Son vaxtlar müsəlman ümmətinin nümayəndələri, təəssüf ki, bir sıra faciəvi hadisələrin şahidi olmuşlar. Onlar Ukraynada yaşayan müsəlmanların hüquqi müdafiəsi və sosial uyğunlaşması haqqında düşünməyə məcbur edirlər. Axı onlar ukraynalılarla birlikdə müharibənin çətinliklərini çəkirlər və silah ilə Ukrayna dövlətini müdafiə edirlər.

Faciəvi hadisələrdən biri avqustun 31-də Kiyev vilayətinin Fastov şəhərində baş verib. Burada keçmiş Ukrayna Silahlı Qüvvələri hərbçisi malların qiyməti ilə bağlı mübahisə səbəbindən yerli azərbaycanlı iki iş adamına, ata və oğula hücum edib. Şifahi mübahisə zamanı ukraynalı azərbaycanlıları təhqir edərək onları “çurka” adlandıraraq “onları cəbhədə müdafiə etdiyini” deyib. Bundan sonra o, tapança çıxararaq atanı və oğulu güllələyib. Nəticədə 28 yaşlı Rəhimov İsmayıl Fərman oğlu hadisə yerində həlak olub, atası isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edim ki, “Çurka” şovinistlər tərəfindən əsasən Orta Asiya, Qafqaz və əhalisinin çoxluğu islamı qəbul edən digər regionlardan olan insanları sadəcə aşağılamaq üçün istifadə olunan təhqiredici və alçaldıcı sözdür.

O zaman Ukrayna KİV-ləri, görünür, qalmaqalı yumşaltmağacəhd edərək, zərərçəkmişlərin milliyyətini və dini etiqadını gizlətdilər. Kiyev vilayətinin baş prokuroru isə araşdırma zamanı bu cinayətin daxili hadisə olduğunu, dini və milli düşmənçiliklə əlaqəsi olmadığını tələsik bəyan etdi. Lakin qatilin atanı və oğulu güllələməzdən əvvəl, onlara qarşı söylədiyi təhqiredici ifadə özü-özlüyündə danışır və prokurorun bəyanatını təkzib edir.

Ola bilsin ki, Ukrayna KİV-lərinin və rəsmi şəxslərin avqust ayında Ukrayna Silahlı Qüvvələri hərbçisinin Kiyev vilayətində azərbaycanlılara hücum qalmaqalını yumşaltmaqda uğursuzluğu, oktyabrın 13-də Kiyev şəhər teleqram-kanallarında üç şəxsin əlil arabasında olan Ukrayna Silahlı Qüvvələri veteranını döyməsini göstərən videonun dərc olunmasını izah edir. Maraqlıdır ki, sözü keçən hadisədəkamera elə yerləşdirilib ki, hücumçuların üzü görünmür, lakin onlardan birinin belinə skotçla yapışdırılmış böyük Azərbaycan bayrağı aydın görünür. Görünür, bu video tamaşaçıları azərbaycanlıların ukraynalı əlil hərbçiyə hücum etməsi fikrinə yönəltmək istəyiblər.

Lakin neçə nəfər küçələrdə belinə skotçla yapışdırılmış ölkə bayrağı ilə gəzir? Videonu izləyərkən bəzi digər qəribə detallar da gözə çarpır. Çəkiliş müəllifi açıq-aşkar qanunsuz hərəkətlərə baxmayaraq, sakitcə cinayət epizodunu yaxın məsafədən çəkir, nəticələrdən qorxmur. Küçədə hücumçulardan və veterandan başqa heç kim yoxdur. Və əlil arabasında olan veteran gecə vaxtı küçədə tək nə edirdi?

“Süjet”dəki belə qəribəliklər bizi videonun qurama ola biləcəyi fikrinə aparır. Hətta bəzi ukraynalı teleqram-kanallarının abunəçiləri dərc olunan materiallara şərhlərində eyni fikri ifadə etdilər.

Nəhayət, yerli polis heç kimin döyülmə faktı ilə bağlı müraciət etmədiyini və videonun böyük ehtimalla quruluşlu olduğunu bəyan etmişdir. Eyni zamanda, Ukraynanın “Strana UA” kanalı qalmaqalı təhlil edərkən, videonu aktiv şəkildə yaymağa başlayan Kiyev kanallarının redaksiya siyasətinə son dərəcə ehtiyatlı yanaşdığını, məzmunda xarici, xüsusilə də Rusiya təbliğatının hər hansı təsirini istisna etdiyini bildirmişdir. Axı ilk baxışdan Rusiyaya azərbaycanlılar və ukraynalılar arasındakı münaqişə ətrafında media hekayəsini yaymaq sərfəlidir. Belə dəqiqləşdirmə bu nəşrlərin yaranmasında nüfuzlu qüvvənin rolunu fikrə salır. Ola bilsin ki, redaktorların maliyyə motivasiyası və ya siyasi təzyiq rol oynamışdır. Ukrayna siyasi oyunçularından və dövlət institutlarından kiminsə bunun arxasında durduğunu demək çətindir. Lakin tam əminliklə deyə bilərik ki, azərbaycanlıların şərəf və ləyaqətini ləkələyən bu şübhəli məhsulun Ukraynanın populyar teleqram-kanallarında görünüşü təsadüfi deyil.

Bəlkə də Azərbaycan bayrağı ilə naməlum şəxslərin iştirakı ilə çəkilmiş qurama videonu internetdə yayıblar ki, Ukrayna hərbçisinin azərbaycanlı iş adamlarına hücum günahından yayındırsın və əksinə, azərbaycanlıların ukraynalılara qarşı nifrət mənzərəsini yaratsın. Necə olursa olsun, belə hərəkətlər hakimiyyət tərəfindən obyektiv hüquqi araşdırma və dəqiq siyasi qiymətləndirmə əvəzinə ukraynalı vətəndaşların azərbaycanlılara və digər müsəlman ümməti nümayəndələrinə qarşı “cavab” hücumları dalğasını təhrik edə bilər; axı biz artıq öyrəndik ki, Ukraynada bir çox yerli sakinlər onları arxa planda “çurka” adlandırırlar. Müharibə edən ölkədə etnik və dini düşmənçilik yaxın milli fəlakətin proloqudur.

Bu qalmaqallı epizodların işıqlandırılması çərçivəsindən kənara çıxsaq, təəssüf ki, Ukraynada müsəlman icmasının hüquqlarının qorunması ilə bağlı xroniki ağır vəziyyəti qəbul etməmək olmaz. Hələ 2007-ci ildə “Azadlıq Radiosu” nəşri Stalin dövründə deportasiya olunmuş Krım tatarların aşağı hüquqi və sosial inteqrasiya problemini dəfələrlə qaldırmışdır. Onlar Ukrayna Krımına (Rusiya anneksiyasından əvvəl) tarixi vətənlərinə qayıtdıqdan sonra müxtəlif diskriminasiya formaları ilə qarşılaşmağa davam etmişlər, xüsusilə də əmək bazarında. Krım tatar xalqı nümayəndələri arasında işsizlik səviyyəsi Ukrayna üzrə orta göstəricidən yüksək idi. Bu zaman Ukrayna hakimiyyəti bu bariz sosial problemi nəzərə almayıblar.

Ukrayna müsəlman icmasının nümayəndələri yerli hüquq-mühafizə orqanları və xüsusi xidmətlər tərəfindən birbaşa təzyiqlə qarşılaşırlar. Belə ki, 2018-ci ilin martında Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları Kiyevdəki İslam Mədəniyyət Mərkəzində axtarış aparıblar. Səhər tezdən qüvvələr Mərkəzin binasına gəlmiş və rəhbərliyin olmaması şəraitində kitab mağazası və gimnaziyanın qapılarını sındırmışlar, sonra guya zorakılıq və qəddarlıq kultunu, eləcə də milli və dini dözümsüzlüyü təbliğ edən dini kitabları müsadirə ediblər. Bu zaman Ukrayna Müsəlmanlarının Ruhani İdarəsinin “Ümmə” müftisi Səid İsməğilovun şahidliyinə görə, İslam Mədəniyyət Mərkəzində quraşdırılmış videomüşahidə kameraları SBU əməkdaşlarının Mərkəzin otaqlarına şübhəli paket və çanta gətirdiyini qeyd edib. Sonra məhz bu yerlərdə “qanunsuz ədəbiyyat” aşkar edilib. Müftinin fikrincə, kitablar qüvvələr tərəfindən xüsusi olaraq atılıb. Bu, Mərkəzin əməkdaşlarının və rəhbərlərinin olmaması şəraitində heç bir çətinlik yaratmayıb.

Müharibənin başlaması ilə Ukrayna cəmiyyətində sosial gərginliyin artması ilə müsəlmanlara qarşı diskriminasiya da güclənir. 2022-ci ildə Afrika, Asiya və digər regionlardan olan, o cümlədən müsəlman tələbələr və işçilər milli və dini əsasda sıxışdırılma ilə qarşılaşıblar. Müharibənin dəhşətlərindən qaçan qaçqınlar Polşa, Slovakiya, Rumıniya və Macarıstan sərhədlərini keçərkən Ukrayna hakimiyyətləri öz vətəndaşlarına üstünlük verib, digər ölkələrdən olanlara laqeyd yanaşıblar. Onlar Ukraynadan çıxmağı bir neçə gün qızdırılmayan sığınacaqlarda gigiyena vasitələri olmadan, əzab və aclıq çəkərək gözləməli olubşlar. Bəziləri sadəcə ələ salınıb, döyülüb və növbənin sonuna göndəriliblər. Bir çoxlarından da, rüşvət tələb edilib.

Son iki ildə Ukraynada müsəlman ümmətinin hüquqlarının qorunması vəziyyəti vizual olaraq yaxşılaşıb. Lakin təəssüf ki, şəbəkəyə dəfələrlə sızan etnik-dini əsasda islam etiqadlı vətəndaşların qətli və döyülməsi hadisələri, eləcə də Ukrayna Silahlı Qüvvələrində xidmət edən müsəlman hərbçilər yenidən Ukraynada müsəlmanlara qarşı həqiqi münasibət haqqında düşündürür. Ola bilsin ki, ukraynalı müsəlmanların müdafiə illüziyası Ukrayna hüquq-mühafizə orqanlarının uzun müddətli hüquqi manipulyasiya təcrübəsindən qaynaqlanır. Onlar belə hadisələrdə dini və ya milli diskriminasiya cinayət tərkibini qəsdən tapmırlar, pozuntuları xuliqanlıq kimi kvalifikasiya edirlər.

Yaranmış vəziyyətdə sadə Ukrayna vətəndaşlarını günahlandırmaq olmaz. Birinci yerdə dini və milli əsasda diskriminasiyanın kökünü kəsmək məqsədini güdən dövlət siyasəti, həmçinin hər vətəndaşda bütün irqlərə, xalqlara və dinlərə qarşı dözümlülük və hörmət hissi aşılayan siyasət durur.

Bu mövzuda hər hansı spekulyasiyalar son dərəcə təhlükəlidir, lakin yenə də ukraynalı müsəlmanların kövrək və müdafiəsiz vəziyyəti ilə Ukraynanın siyasi dairələrində və biznes cəmiyyətində yəhudi lobbisinin nəhəng təsiri arasındakı görünən qarşılıqlı əlaqəni kənarda saxlamaq olmaz. Ukrayna elitası arasında etnik yəhudilərin siyahısı genişdir – Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski, Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, Ukraynanın keçmiş baş naziri Volodimir Qroysman, Ukraynanın ən böyük biznesmenlərindən biri və Dnepropetrovsk vilayət administrasiyasının keçmiş rəhbəri İqor Kolomoyski və bir çox başqaları. Onlar 1991-ci ildə Ukraynanın müstəqilliyinin elan edilməsindən bəri birbaşa və ya dolayı yolla siyasi gündəmin formalaşdırılmasına və ictimai əhval-ruhiyyəyə qərarverici təsir göstərirlər. Axı Kiyevin İsrailin özünümüdafiə hüququnu həyata keçirmə bəhanəsi ilə Qəzza zolağında İsrail hərbi əməliyyatını dəstəkləməsi təsadüfi deyil, orada İsrail Ordusunun nizamsız bombardmanları nəticəsində minlərlə dinc sakin, o cümlədən uşaqlar, qocalar və qadınlar həlak olub. Və əgər müsəlmanlara qarşı qərəzli və diskriminasiya münasibəti Ukrayna siyasətinin ən yüksək kabinetlərindən qaynaqlanırsa, o zaman Ukrayna vətəndaşlarının ayrı-ayrı kateqoriyalarının müsəlmanlara qarşı dözümsüzlük təbliğatına qarşı həssaslığına təəccüblənmək lazımdırmı?

Minilliklər boyu qanlı faciələr tarixi XXI əsrdə bəşəriyyətə dini etiqaddan və milliyyətdən asılı olmayaraq sülh içində yaşamaq və qarşılıqlı hörmətdən başqa yol qoymur. Aqressiyaya məruz qalan ukraynalılar bu sadə həqiqəti heç kimdən yaxşı anlamalıdırlar. Ən azı buna inanmaq istərdik.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr