AZ

Enerji içkisi Azərbaycan Kubokuna sponsor oldu, tənqid edildi Deputatdan REAKSİYA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu mövsüm futbol üzrə Azərbaycan kuboku "Bizon Azərbaycan Kuboku" adlanacaq, buna səbəb sözügedən şirkətin yarışa titul sponsoru olmasıdır. Bu isə sosial şəbəkələrdə heç də birmənalı qarşılanmayıb. Enerji içkisinin idman sahəsində bu formada təbliği tənqidə səbəb olub.Məsələ ilə bağlı Demokrat.az-a danışan deputat Fazil Mustafa da bunu doğru hesab etmədiyini bildirib:“Əslində enerji içkilərinin bu formada təbliği qanuna ziddir. Hesab edirəm ki, xüsusən idman sahəsində belə bir təbliğatın olması arzuolunan deyil. Mən də dəfələrlə qeyd etmişəm ki, bu məsələ üzərində düşünülməlidir. Təbii ki, sponsora ehtiyac var, amma  enerji içkilərinin zərərli olduğunu dəfələrlə vurğuladığımız halda idman sahəsində bunu təqdim etmək yaxşı görünmür”. Cavidan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr