Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 238 milyon ABŞdolları dəyərində qızıl ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbərverir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə122,7 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Təkcə sentyabrda isə Azərbaycan 27,4 milyon ABŞ dollarıdəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı iləmüqayisədə 8,6 milyon ABŞ dolları və ya 45,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkiledib.