AZ

İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Elçin Heydərov dəfn edilib.

Far.Az report-a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Ağaməmmədli kənd qəbiristanlığında torpağa tapşırılıb.

*** 13:22

İmişli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Elçin Heydərovla vida mərasimi keçirilib.

Far.Az report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elçin Ağamməd oğlu Heydərov 1971-ci il oktyabrın 1-də İmişlinin Ağaməmmədli kəndində anadan olub. 1994-cü il yanvarın 12-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

E.Heydərov doğulduğu kənddə dəfn ediləcək.

Seçilən
31
4
far.az

2Mənbələr