AZ

Çevrilişdən sonra Pəhləvi ilə bağlı Xomeyniyə gələn təklif

BAKI, 31 oktyabr. TELEQRAF

“İranın keçmiş ali dini rəhbəri Ruhullah Xomeyniyə Böyük Britaniyada olduğu kimi, böyük səlahiyyətinin olmaması müqabilində İranda şahın qalması təklif olunmuşdu”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi bildirib.

Səlimi Ruhullah Xomeyni ilə Məhəmmədrza Pəhləvi hökumətləri haqqında danışarkən qeyd edib:

“İmam (Xomeyni) yarımçıq həll yolları axtarmırdı, məsələn, təklif edilmişdi ki, şah qalsın, amma taxt-tac (böyük səlahiyyət) sahibi olmasın - Britaniyada olduğu kimi. İmam bu fikirlə razılaşmadı. Çünki o, cəmiyyətin nə istədiyini çox yaxşı bilirdi”.

Xatırladaq ki, 1979-cu ildə İranda baş verən çevriliş nəticəsində şah Məhəmmədrza Pəhləvi Ruhullah Xomeyninin rəhbərlik etdiyi qüvvələr tərəfindən devrilmişdi.

Seçilən
22
teleqraf.com

1Mənbələr