Beynəlxalq Cinayət Məhkəməsi artıq öz işində Amerika təchizatçılarının proqram təminatından istifadə etməyəcək.
AzPost bildirir ki, WDR-in məlumatına görə, Microsoft məhsulları Almaniyanın Bohum şəhərində yerləşən ZenDIS şirkətinin OpenDesk proqram təminatı ilə əvəz olunacaq.
Televiziya kanalının məlumatına görə, dəyişiklik Donald Tramp administrasiyasının potensial sanksiyalarından yayınmaq üçün edilir.
ABŞ prezidenti Haaqa məhkəməsini Qəzza zolağında müharibə cinayətlərində iştirak etməkdə ittiham olunan İsrail Baş naziri Benyamin Netanyahuya qarşı verilən həbs qərarı ilə bağlı tənqid edir. Tramp əvvəllər Beynəlxalq Cinayət Məhkəməsi hakimlərinə şəxsi sanksiyalar tətbiq etmişdi. Ağ Ev məhdudiyyətləri yalnız Beynəlxalq Cinayət Məhkəməsi hakimlərinin özlərinə deyil, həm də onların ailə üzvlərinə də şamil edilir.