Fransız mütəxəssis Patrik Viyera “Cenoa” klubundakı baş məşqçi postunu itirə bilər.
90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın mövsümə uğursuz başlamasından ciddi narazıdır və həm baş məşqçi, həm də idman direktorunun dəyişdirilməsi variantını nəzərdən keçirir.
Viyeranın “Cenoa” ilə qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatır. İtaliya A Seriyasının 9 turundan sonra komanda cəmi 3 xal toplayaraq turnir cədvəlinin son pilləsində qərarlaşıb.
“Cenoa” növbəti oyununu noyabrın 3-də “Sassuolo”ya qarşı keçirəcək.