AZ

Sədrlə bağlı 10 il məhdudiyyəti ləğv edilir

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi barədə məhdudiyyət ləğv olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə yer alıb.

Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, 2017-ci ildən Vəkillər Kollegiyasına Anar Bağırov rəhbərlik edir. Onun ikinci səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Yeni dəyişiklikdən sonra Bağırov növbəti beşillikdə də sədr seçilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
7
qafqazinfo.az

8Mənbələr