AZ

Lukaşenko: "İyli Avropa" bizə təmiz hava üçün pul ödəyəcək

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, gələcəkdə Avropa ölkələri Belarusun təbiəti qorumaq səylərinə görə ona pul ödəmək məcburiyyətində qalacaq.

“Bu bizim gələcəyimizdir və biz onu qorumalıyıq. Elə bir vaxt gələcək ki, bu ‘iyli Avropa’ Allahın bizə bəxş etdiyi təmiz hava və təbiətə görə pul ödəyəcək. Hazırda bizi sanksiyalarla boğurlar, amma bu, keçəcək,” – deyə Lukaşenko vurğulayıb.

O, Avropanın ətraf mühit siyasətindəki ikiüzlülüyünü tənqid edib və Belarusun ekoloji sabitliyinin gələcəkdə strateji üstünlüyə çevriləcəyini bildirib.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr