AZ

Latviya qadınların müdafiəsinə dair İstanbul Konvensiyasından çıxır

Latviya qadınların müdafiəsinə dair İstanbul Konvensiyasından çıxır

Latviya parlamenti (Seym) Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə İstanbul Konvensiyasından çıxmaq qərarını təsdiqləyib.

AFN.az "Delfi" portalına istinadən xəbər verir ki, parlamentdə bu məsələ üzrə müzakirələr 12 saatdan çox davam edib. Qərarı “Birləşmiş siyahı”, “Milli birlik”, “Sabitlik”, “Latviya birinci yerdə” və “Yaşıllar və kəndlilər ittifaqı” kimi müxalifət partiyaları dəstəkləyib.

Qanun layihəsinə səs verən deputatlar hesab edirlər ki, İstanbul Konvensiyası ənənəvi ailə dəyərləri ilə ziddiyyət təşkil edir, çünki sənəddə “gender” anlayışı bioloji cins kimi deyil, sosial konstrukt kimi müəyyənləşdirilib.

Almaniya, Fransa, Böyük Britaniya və daha 12 ölkənin diplomatları Seymə məktub göndərərək Latviyanın bu qərarına görə narahatlıqlarını ifadə ediblər. İndi ölkə prezidenti Edqars Rinkeviçs 10 gün ərzində sənədi imzalayıb qanuna çevirməli və ya onu parlamentə yenidən baxılması üçün qaytarmalıdır.

Xatırladaq ki, İstanbul Konvensiyası 2011-ci ildə imzalanıb və üç il sonra qüvvəyə minib. Qadınlara qarşı zorakılığın və ailə daxili zorakılığın qarşısının alınmasını nəzərdə tutan bu sənəd indiyədək 39 Avropa ölkəsi və Gürcüstan tərəfindən ratifikasiya edilib. Hazırda konvensiyanı rəsmən ləğv edən yeganə ölkə Türkiyədir.

Seçilən
29
afn.az

1Mənbələr