
Beynəlxalq alimlər qrupu Antarktidanın ərazisində Yer üzündəki ən qədim, təxminən 6 milyon il yaşı olan buz nümunələri aşkar ediblər.
Reyting.az-ın məlumatına görə, tədqiqat barədə "PNAS" jurnalında elmi məqalə dərc olunub.
Nümunələr Şərqi Antarktidada yerləşən və alimlərin Allan Hills adlandırdığı bölgədə qazılmış buz silindrlərindən götürülüb.
Məlumata görə, buzda hətta qədim dövrün havası sıxılmış balon nümünələri də normal vəziyyətdə qorunub. Alimlərin fikrincə, bu da Yer atmosferinin milyon illər əvvəl mövcud olmuş "fotosunu" müasir dövrdə əldə etməyə bərabərdir.
Alimləri təəccübləndirən digər bir məqam bu qədim, hava ilə dolmuş buz silindrlərinin qeyri-adi formasıdır.
Elm adamlarının sözlərinə görə, bununla bağlı aparılan analizlər həmin dövrdə planetin iqliminin indiki dövrlə müqayisədə daha isti olduğunu göstərir. Bu isə o deməkdir ki, son 6 milyon ildə qarla və buzla əhatə olunmuş bölgənin temperaturu təxminən 12°C azalıb.
Allan Hillsdə olan təbii, həmçinin xüsusi şəraitin sayəsində tədqiqatçılar bu qədim buzu dərin qazıntılar aparmadan, səthə yaxın qatlarda aşkar ediblər.
Oqtay QORÇU
 
                        