AZ

Ramanı qalasının tarixi divarlarındakı daşların yerinə içki şüşəsi yerləşdirmək hansı ağıl ın işidir? Video

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ramanı qalasının nəzarətdən kənar qaldığını qeyd etmişdik. Çünki qalanın ətrafı təmizlənib, səliqəyə salınıb təmir edilsə də, qalaya daxil olub içərisini ziyarət etmək mümkün deyil. Çünki qapıları bağlıdır, önündə heç kim yoxdur. Heç kim səni qarşılayıb, qala haqqında məlumat vermir.

Bəlkə də elə bu səbəbdəndir ki, mədəniyyətdən və tərbiyədən məhdud bəzi şəxslər qalanın divarlarından daşları çıxarıb, içdikləri içkilərin butulkasını həmin daşların yerinə qoyurlar. Biz bunu da çəkdik ki, qala hansı qurumun balansındadırsa, bəlkə vicdanı sızlayar, bura xüsusi bir nəzarətçi təyin edər.

İnsanlarımız müxtəlifidir. Mədəniyyətsizi var, düşüncəsizi var. Qala nəzarətdən kənar olduğu üçün ətrafa pis vərdişləri olan insanlar da yığışa bilir. Bunun bir sübutu da qalanın daşlarının yerinə içki şüşəsinin yerləşdirilməsdir.

Qalanın divarları da yenə çat verib, aralanıb. Yəqin ki, belə davam edərsə, bir neçə il sonra Ramanı qalasının məhv olmasından yazılacaq. Biz sadəcə gördüklərimizi çəkib,sizinlə də paylaşırıq ki, sizin də bir tarixi abidənin necə göz görə-görə məhv olmasından xəbəriniz olsun. Elə, məsul qurumların da...

XIV əsrə bir abidənin,turistlərin marağını çəkə biləcək bir abidənin qapısına qıfıl vurulub və nəzarətsiz buraxılıb. Və qalanın divarları yavaş-yavaş zibilliyə çevrilir.

Qeyd edim ki, mən ziyarət etdiyim gün qalanın önündəki parkda kiçik mühafizə otağı var idi və içərisində heç kim yox idi. Ola bilsin ki, yağışlı və soyuq havada haradasa isinməyə getmişdi və ya qidalanmaq üçün öz "iş yeri"ni müvəqqəti tərk etmişdi. Bəlkə də, mənim qalanı ziyarət etdiyim gün qalanın ziyarət günü deyildi. Bu barədə məlumatım olmadığı üçün ümumi fikir bölüşürəm. Hər bir halda, bu yazının hazırlanma məqsədi qalanın mühafizəçisini hədəf almaq üçün yazılmır. Bu yazı qalanın mühafizəsinə xüsusi nəzarət edilməsinə diqqət çəkmək məqsədi daşıyır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
bizimyol.info

1Mənbələr