AZ

XXIX Azərbaycan Çempionatı və Birinciliyi uğurla yekunlaşdı - VİDEO

24–26 oktyabr 2025-ci il tarixlərində keçirilən bu mötəbər yarışda 30-a yaxın şəhər və rayondan 73 klub və 479 idmançı iştirak edib.

"Unikal" xəbər verir ki, yarışın son günündə keçirilən Qala Gecəsi unudulmaz anlarla yadda qalıb — gərgin final döyüşləri, möhtəşəm atmosfer və qaliblərin sevinci bu çempionata xüsusi rəng qatıb!

Bu yarışda yalnız medal qazananlar deyil, həm də öz peşəkarlığı, mübarizliyi və fədakarlığı ilə seçilən idmançılar, məşqçilər və hakimlər xüsusi olaraq mükafatlandırılıb:

Xüsusi mükafat sahibləri:

Ən yaxşı rinq idmançısı – Məhəmməd İmanov

Ən yaxşı rinq məşqçisi – Hikmət Hacıyev

Ən yaxşı rinq hakimi – Nicat Hüseynov

Ən yaxşı tatami idmançısı – Turxan Ammayev

Ən yaxşı tatami məşqçisi – Samir Əliyev

Ən yaxşı tatami hakimi – Rəşad Rüstəmov

Medal sıralamasına əsasən rinq üzrə ilk 3 klub:

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti

Abşeron İdman Klubu

Naxçıvan İdman Klubu

Tatami üzrə ilk 3 klub:

Zəfərə Doğru İdman Klubu

Mübarizlər İdman Klubu

Nokaut İdman Klubu

Bütün iştirakçılarımıza və onların əziz məşqçilərinə növbəti yarışlarda uğurlar arzulayırıq! Sizin əzminiz və zəhmətiniz Azərbaycan kikboksinqinin gücünü bir daha göstərib! 🇦🇿🔥

Seçilən
5
unikal.az

1Mənbələr