Polşa Aİ-dən çıxmağı düşünür
Ajans.az Onet-ə istinadən xəbər verir ki,nazirdən Polşanın Aİ-dən çıxmasının real ssenari olub-olmadığı soruşulub. Sikorski cavabında bildirib: “Bəli, çünki bizdə elə siyasətçilər var ki, hər ehtimala qarşı istənilən Avropa təşəbbüsünə ‘yox’ deyirlər. Xatırlayırsınızmı, Andjey Duda enerjiyə qənaət edən lampalara etiraz edirdi? Sonradan məlum oldu ki, bu təklif Avropa Şurasında keçmiş prezident Lex Kaçinskinin iştirakı ilə təqdim olunmuşdu”. Sikorskinin sözlərinə görə, Polşadakı sağçı millətçilər Avropadan gələn hər bir təklifi “mütləq səhv qərar” kimi qəbul etməyə adət ediblər. Nazir bu yanaşmanı “ziyanlı təcrübə” adlandırıb və vurğulayıb ki, “məhz belə düşüncə tərzi Brexit-ə gətirib çıxardı”.