“Bakıya verilən su, xüsusilə Oğuz istiqamətindən gələn su xəttindən su qumlu gəlir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, bu suyun kifayət qədər yaxşı təmizlənməməsinin göstəricisidir: "Təbiiki suyun çirkli şəkildə əhaliyə verilməsi suyun keyfiyyətinə nəzarət edən qurumların öz işini yaxşı görməməsinin göstəricisidir. Son 30 ildə suyun keyfiyyətinə nəzarət edən qurumlar öz işlərini yaxşı görə bilməyiblər. Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılsa da, bu sahəyə mütamadi olaraq investisiyalar yatırılsa da, təəssüf ki bu istiqamətdə heç bir dəyişiklik yoxdur. Ölkəmizin digər ölkələrlə müqayisədə su təminatı çox aşağıdır. Əsasəndə Gürcüstan və Ermənistanla müqayisədə su təminatı çox aşağıdır. Bütün Qafqazın önəmli su resursları Gürcüstana düşür, sonra isə Ermənistan ərazisinə düşür. Ölkəmizin əhalisinin sayı Gürcüstan və Ermənistandan dəfələrlə çox olsa da yerli mənbələr əsasında su təminatında ciddi problemlər var. Ölkədə illərdir su krizisi var. Su təchizatına nəzarət edən qurum su itkisinin aradan qaldırılması istiqamətində işləməlidirlər. Eyni zamanda su təchizatına nəzarət edən qurumun borcudur ki, əhalini təmiz içməli su ilə təmin etsin".
Müəllif: İlkin Məmmədkərimov
 
                        