Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 110,5 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
FED.az "İxrac İcmalı"na əsasən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 milyon dollar və ya 61,1% çoxdur.
Mövsümi məhsul olan şaftalının ixracı xüsusilə sentyabr ayında aktiv olub. Təkcə sentyabrda 11,8 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da ötən ilin sentyabrına nisbətən 4,3 milyon dollar (57,3%) artım deməkdir.