AZ

AFFA nın İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcəklər

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

"Kəpəz" klubu AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət edəcək.Reyting.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü Fərman Əlizadə deyib.F. Əlizadə bildirib ki, hazırda komandadaxili araşdırma gedir:"Hazırda araşdırma aparırıq. Qərar bizi razı sala bilməz. Apellyasiya şikayəti verəcəyik".Qeyd edək ki, "Kəpəz" ümumilikdə 10 min manat cərimələnib. Buna Misli Premyer Liqasının IX turunda "İmişli" ilə matçda yaşananlar səbəb olub. Oyunun 25-ci dəqiqəsində "Kəpəz"in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib və klubu 1000 manat cərimələnib. 38-ci dəqiqədə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə Gəncə klubu daha 6000 manat ziyana düşüb. Həmçinin azarkeşlər 68-ci dəqiqədə pirotexniki vasitədən istifadə etdiyinə görə klub daha 3000 manat cərimə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
reyting.az

3Mənbələr