Slovakiya parlamenti Yol hərəkəti haqqında Qanuna dəyişiklik edib.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, ölkədə piyada təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş düzəlişin bir hissəsi olaraq, şəhər yerlərində səkilərdə maksimum sürət saatda 6 kilometr olaraq müəyyən edilib.
Bu sürət həddi səkilərdən istifadə etməyə icazə verilən piyadalara, velosipedçilərə, diyircəkli konki və skuter sürənlərə şamil ediləcək.
Məlumata görə, qərarın səbəbi son zamanlar piyada-skuter toqquşmalarının artması ilə bağlıdır. Parlament qərarın bu cür qəza və xəsarətlərin qarşısını almaq üçün verildiyini bəyan edib.
 
                        