Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib.
Orkestr üzvlərinin solo ifalarında Adil Gərayin “Bağça Kürd”, Süleyman Ələsgərovun “Vətənimdir”, Cahangir Cahangirovun “Rondo”, Oqtay Kazıminin “İnanmaram”, Şəmsi Kərimovun “Gecələr”, Vittorio Montinin “Çardaş”, Hacı Xanməmmədovun “Arzuya bax sevgilim”, Tofiq Quliyevin “Rəqs ritmləri”, Fikrət Əmirovun “Reyhan”, Ramiz Mirişlinin “Dalğalar” və digər sevilən əsərlər səsləndirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        