AZ

Ermənistan MDB-nin toplantısını boykot etdi - Nazir Almatıya getmədi

MDB ölkələrinin müdafiə nazirləri Qazaxıstanın Almatı şəhərində toplanıb.

“Yeni Sabah” xəbər verir ki, məqsəd qurumun Müdafiə Nazirləri Şurasının iclasınıda iştirak etməkdir.

Toplantıya Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın müdafiə naziri Andrey Belosov, Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin, Qazaxıstanın müdafiə naziri general-leytenant Dayren Kosanov, Tacikistanın müdafiə naziri general-leytenant Emomali Sobirzoda, Qırğız Respublikasının müdafiə naziri Ruslan Mukabətov, Özbəkistanın müdafiə naziri Şükürət Xolmuxammədov və MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının katibi general-leytenant Yuri Daşkin qatılıb. pizza sifarişi

Ermənistanın müdafiə naziri Suren Papikyan görüşə getməyib. Ümumiyyətlə, iclasda İrəvanın heç bir təmsilçisi olmayıb. Baxmayaraq ki, toplantı üçün hazırlanan və iclas iştirakçılarının qarşısında xatirə fotosu çəkdirdiyi lövhədə Ermənistanın bayrağı olub.

Qeyd edək ki, iclasa qatılan hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr