AZ

“Bakı regional güc oyununda öz sözünü deyir”

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

“Azərbaycanın MDB çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən Müdafiə Nazirləri Şurasının iclasında iştirakı regional təhlükəsizliyin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Müstəqil xarici siyasət kursu həyata keçirən Azərbaycan bu platformadan həm regional sabitlik üçün, həm də çoxvektorlu diplomatiyanın qorunması məqsədilə yararlanır”.

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, MDB platformasında iştirak Azərbaycanın həm təhlükəsizlik, həm də diplomatik maraqları baxımından məqsədyönlü addımdır:

“MDB formatı ilk növbədə Azərbaycanın Qərb və Rusiya arasında balanslı siyasət yürütməsinə şərait yaradır. Paralel olaraq burada iştirak ölkəmizin strateji, diplomatik və təhlükəsizlik üstünlükləri qazanmasına imkan verir. Azərbaycan bu platformada təcrübə mübadiləsi aparır, hərbi-diplomatik əlaqələri gücləndirir və hərbi-texniki əməkdaşlıq imkanlarını genişləndirir”.

Politoloq əlavə edib ki, MDB çərçivəsində terrorizm, transmilli cinayətkarlıq, sərhəd və kibertəhlükəsizlik məsələləri üzrə əməkdaşlıq xüsusilə vacibdir: “MDB müdafiə strukturlarında təmsilçilik Azərbaycanın enerji və kommunikasiya təhlükəsizliyi kimi strateji maraqlarını qorumağa xidmət edir. Bu platformada iştirak regionda baş verən proseslərə təsir imkanlarını gücləndirir və milli maraqlarımıza əlavə təminat yaradır”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr