AZ

"Abubakarın gəlişindən sonra "Neftçi" çox təhlükəli komandaya çevrilib"

"Vensan Abubakar həqiqətən əla transferdir. Onun gəlişindən sonra "Neftçi"nin çox təhlükəli komandaya çevrildiyi dəqiqdir".

Bunu Fanat.Az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

O, Kamerun millisinin kapitanının "ağ-qaralar"a böyük fayda verə biləcəyini açıqlayıb: "Abubakar Azərbaycana gəlib-getmiş ən yaxşı hücumçulardan biri, bəlkə də birincisidir. Əlbəttə, hazırda ən yaxşı formasından uzaqdır. Amma ustalıq səviyyəsi göz önündədir. "Qəbələ" ilə səfər matçında hesab 0:0 olarkən sonrada meydana çıxıb oyunun taleyini həll etdi. Təxminən 10 dəqiqə ərzində həm qol ötürməsi verdi, həm də özü rəqib qapısına yol tapdı. Vensan 1-ci Liqa komandası MOİK-i Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 6:2 hesabı ilə üstələdikləri son matçda da dublla yadda qaldı. Hiss olunur ki, uzun müddət futbolsuz qalıb və müəyyən qədər artıq çəkisi var, ancaq bildiyimə görə, məşqlərdə səylə çalışır. Gələn il keçiriləcək dünya çempionatında Kamerun millisinə kömək etmək üçün yaxşı forma yığmalı olduğunu özü də anlayır. Abubakar gələnə qədər "Neftçi" məhz qol vurmaq baxımından problem yaşayırdısa, artıq bu məsələ həllini tapıb. Abubakarlı "Neftçi"nin xal hesabını artırması və yekuna avrokuboklara yollanması mənim üçün sürpriz olmayacaq. Komandanın yaxşı heyəti, yerli baş məşqçisi və yaxşı şəraiti var".

Nihat 

Seçilən
7
1
fanat.az

2Mənbələr