AZ

Indian Oil dekabr üçün Rusiyadan neft alır

Hindistan şirkəti Vaşinqtonun təzyiqlərinə baxmayaraq rus neftinə qayıdır...

Poliqon xəbər verir ki, Hindistanın dövlətə məxsus Indian Oil Corporation şirkəti dekabr ayında çatdırılmaq şərti ilə Rusiyadan beş partiya xam neft alıb. Reuters agentliyinin ticarət mənbələrinə istinadən yaydığı məlumata görə, sövdələşmələr ABŞ sanksiyalarına məruz qalmayan şirkətlər vasitəsilə həyata keçirilib.

Mənbələrin bildirdiyinə görə, Indian Oil təxminən 3,5 milyon barel ESPO markalı Rusiya neftini Dubay qiymətlərinə yaxın dəyərlə alıb. Neftin dekabr ayında Hindistanın şərq sahilində yerləşən limanlardan birinə çatdırılması planlaşdırılır. Lakin Reuters-in məlumatına görə, satışın konkret tərəfləri açıqlanmayıb.

Agentlik qeyd edir ki, bu, Hindistanın son aylarda ABŞ-ın artan təzyiqlərinə baxmayaraq rus nefti ilə ticarətini bərpa etdiyini göstərir. Vaşinqton Hindistanı Rusiyanın enerji gəlirlərinin azalması məqsədilə idxalı məhdudlaşdırmağa çağırsa da, Yeni Dehli enerji təhlükəsizliyini prioritet sayaraq münasib qiymət təkliflərindən imtina etmir.

Xatırladaq ki, Hindistan 2022-ci ildən sonra Rusiyanın ən iri neft alıcılarından birinə çevrilib və bu istiqamətdə ticarət əsasən rublla və ya alternativ ödəniş mexanizmləri ilə həyata keçirilir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr