BAKI, 31 oktyabr. TELEQRAF
“Belarusa xarici təcavüz olmasa, müharibəyə qarışmayacağıq”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İndi o qədər qeyri-müəyyən və mürəkkəb dövrdür ki, dözməliyik. İndi baş verənlərə dözməliyik. Dözsək, övladlarımız yaşayacaq, dözməsək, uçuruma yuvarlanacağıq. Dünyada 50-dən çox münaqişə və müharibə var. Bizim 51-ci olmasını istəmirəm. Biz müharibə etmək istəmirik, bizə toxunmasalar, bu münaqişəyə qarışmayacağıq, sizə söz verirəm. Bu məhz prezident və hakimiyyətin əsas vəzifəsidir”, - o vurğulayıb.