AZ

Mərdəkan qalası restavrasiya olunacaq - FOTO

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının restavrasiyasına başlayır.

Musavat.com xəbər verir ki, bu barədə agentliyin sosial media hesabında məlumat verilib.

“Paytaxt Bakının Mərdəkan qəsəbəsində yerləşən bu tarixi abidə, 13-cü əsrdən bu günə miras qalan Şirvanşahlar memarlığının ən mühüm nümunələrindən biri kimi yenilənəcək”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, TİKA rəhbəri Abdullah Eren bir neçə günlük Azərbaycana səfərə gəlib. İlk rəsmi səfəri çərçivəsində Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

WhatsApp

Görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb:

“Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyinin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik”.

Səfər çərçivəsində A.Eren Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə də görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

WhatsApp

Oktyabrın 30-da həmçinin, mədəniyyət nazirinin müavini Fərid Cəfərovla görüş keçirilib.

WhatsApp

Görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr