Bakı. Trend:
Milli komandamızın forvardı Renat Dadaşov “Motor”u tərk etməyiplanlaşdırır. Polşa klubunda istədiyi qədər oynaya bilməyən forvarddaha çox şans tapacağı komandaya keçməyi düşünür. Bunun üçün isəonun bir çox variantı var.
Trend xəbərverir ki, Azərbaycan Premyer Liqasında yarışan iddialı klublarınəksəriyyəti Dadaşovu heyətinə qatmağa hazırdır. Hətta forvard“Motor”a keçməmişdən əvvəl də Azərbaycandan 2 klub onun meneceriilə əlaqə saxlamış və müqavilə imzalamaq istəyini bildirmişdi.Lakin sonda Renat Polşaya getməyə qərar vermişdi.
Türkiyə 1-ci liqasında yarışan “Iğdır”ın da transfer siyahısındayer alan Renat qış “transfer pəncərəsi” zamanı seçimini edəcək.Məhz həmin vaxtı onun Azərbaycana gələcəyi, yoxsa fərqli ölkə üçünaddım atacağı dəqiqləşəcək.
26 yaşlı hücumçunun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun30-na qədərdir.
