AZ

Maçado: Maduronun hakimiyyətdən getməsi üçün qarşıdurma qaçılmazdır...

Venesuelamın Nobel mükafatlı müxalifət lideri ABŞ-nin hərbi müdaxiləsini istisna etmir...

Poliqon xəbər verir ki, Venesuela müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı María Korina Maçado prezident Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün yeganə yolun təzyiqin artırılması və qarşıdurmanın mümkünləşdirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, bu, hətta ABŞ tərəfindən hərbi müdaxilə ehtimalını da özündə ehtiva edə bilər.

Bloomberg Agentliyinə açıqlamasında Maçado qeyd edib ki, son 26 il ərzində Venesuela müxalifəti bütün siyasi və diplomatik vasitələrini tükədib, lakin Maduro rejimi “ağılın səsini eşitməkdən imtina edir”. “Təzyiqin artırılması və münaqişənin eskalasiyası Maduronu anlamağa məcbur etməyin yeganə yoludur ki, onun hakimiyyəti tərk etmə vaxtı çatıb”, – deyə müxalifətçi vurğulayıb.

Maçadonun fikrincə, bu proses Venesuelada “sülh yolu ilə və nizamlı hakimiyyət keçidinə” gətirib çıxara bilər. O, beynəlxalq ictimaiyyəti və ABŞ administrasiyasını müxalifətin səylərinə daha qətiyyətlə dəstək verməyə çağırıb.

Qeyd edək ki, Maçado uzun illərdir Maduro hökumətinin sərt tənqidçilərindəndir və onun siyasi fəaliyyəti ölkədə dəfələrlə məhdudlaşdırılıb. Müxalifət liderinin bəyanatı Venesuelada artan siyasi gərginlik fonunda səslənir və Vaşinqtonun son hərbi ritorikası ilə üst-üstə düşür.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr