"Melissa" qasırğası Yamayka və Haitidə təxminən 50 nəfərin həyatına son qoyub.
Ölkə.az "Associated Press"ə istinadla xəbər verir ki, in cümə günü verdiyi məlumata görə, son rəqəmlərə görə, fırtına Yamaykada 19, Haitidə isə 30 nəfərin ölümünə səbəb olub.
Lakin, axtarış-xilasetmə əməliyyatları davam etdiyindən, hər iki ölkədəki xilasedicilər daha çox ölüm sayının olma ehtimalını istisna etmirlər.
Məlumata görə, haitidə daha 18 nəfər hələ də itkin düşüb və bir neçə min nəfər ölkənin cənub və cənub-şərqindəki evlərindən təxliyə edildikdən sonra müvəqqəti sığınacaqlardadır.
"Melissa" hazırda Saffir-Simpson şkalası üzrə 2-ci kateqoriyalı qasırğadır və maksimum davamlı külək sürəti təxminən 165 km/saat (103 mil) təşkil edir. Qasırğanın mərkəzi Bermuda adalarından 420 km (260 mil) qərbdə yerləşir.
Həmidə İbrahimova