AZ

Liderlərin görüşünün alınmaması müharibənin davam edəcəyi deməkdir -PROQNOZ

Balans Ukraynanın xeyrinə dəyişməyincə Rusiyanın masaya oturması mürəkkəb məsələdir


Vaşinqton ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə planlaşdıran görüşü Moskvanın Ukrayna ilə bağlı sərt tələblərindən sonra ləğv edib.
Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, qərar hər iki ölkənin yüksək səviyyəli diplomatları arasında gərgin telefon danışığından sonra verilib.
ABŞ rəsmiləri rusiyalı həmkarlarına Vaşinqtonun belə tələblərə qarşı dəyişməz mövqeyinin olduğunu bildiriblər.
Qeyd edək ki, Ağ Evin sahibi görüşü "lazımi məqsədlərə çata bilməyəcəkləri təəssüratı yarandığı üçün" ləğv etdiyini deyib.
"Biz prezident Putinlə görüşü ləğv etdik. Hiss olunurdu ki, bu, düzgün deyil. Mənə elə gəlirdi ki, lazımi məqsədə çata bilməyəcəyik", - deyə Tramp jurnalistlərə bildirib.

Politoloq Tural İrfan Sherg.az-a deyib ki, Rusiya və ABŞ liderləri arasında görüşün baş tutmamasında bir neçə əsas səbəb var:

"Birincisi, Rusiya öz üstünlüyünü saxladığını və müttəfiqləri ilə hələ də dirəniş göstərmə qüdrətində olduğunu nümayiş etdirir. Avropa ilə ABŞ-nin arasındakı ziddiyyətlər Ukrayna məsələsində vahid və yekdil dəstəyə mane oldu. Əsasən ABŞ-nin Rusiyaya qarşı qeyri - ciddi tutumu və müharibədən özünü kənar tutmağa çalışması Rusiyanın geniş qol-qanad açmasına səbəb oldu. Hazırda güc balansı pozulub və Ukrayna təklənmiş durumdadır. ABŞ-nin və Avropa dövlətlərinin Ukraynaya dəstəyi kifayət etmir və ona görə də Rusiya geri çəkilmək istəmir. Burada müəyyən ticarət və iqtisadi maraqlar gözlənilir ki, ABŞ ona görə sərt davranmır. Liderlərin görüşünün baş tutmaması müharibənin hələ davam edəcəyi deməkdir. Rusiyanın öz mövqeyindən geri çəkilməməsi gərginliyi artıracaq. Balans Ukraynanın xeyrinə dəyişməyincə Rusiyanın masaya oturması mürəkkəb məsələdir".
Seçilən
24
1
sherg.az

2Mənbələr