ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sosial şəbəkə" və "Aldatma illüziyası" filmləri ilə tanınan amerikalı aktyor Cessi Ayzenberq tanımadığı adam üçün böyrək donoru olacaq.
Oxu.Az xəbər verir ki, o bunu "Today" telekanalına bəyan edib.
"Həqiqətən də altı həftə sonra böyrək donoru olacağam. Mən donor virusuna yoluxmuşam", - deyə aktyor zarafatla bildirib.
Ayzenberq yaxın vaxtlarda altruistik donorluq proqramında iştirak edəcək. Proqrama görə, ianələr konkret şəxsə ünvanlanmalıdır.
"Bu, tamamilə təhlükəsizdir və çox lazımlıdır. Düşünürəm ki, insanlar bunun aydın görəcəklər, sadəcə vaxt və istək tələb olunur", - deyə aktyor bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.