ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
İstedadlı uşaqlarla işin təşkili lisey və gimnaziyalarda xüsusi əhəmiyyət kəsb edir. Hazırda bu sahədə müəyyən uğurlar əldə olunub, lakin hələ də problemlər mövcuddur. Bəs istedadlı uşaqlarla iş necə təşkil olunmalıdır və mövcud vəziyyət onları tam inkişaf etdirirmi?
Gununsesi.info -ya danışan təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı fikirlərin ibelə qeyd edib:
“Hazırda ölkəmizdə istedadlı uşaqlarla iş əsasən lisey və gimnaziyalarda konkret bazar prinsipləri əsasında təşkil edilir. Nazir bildirib ki, yaxın gələcəkdə bu məktəblərin sayını yüzə çatdırmaq planlaşdırılır. Bununla belə, əvvəllər ibtidai təhsil səviyyəsinin lisey və gimnaziyalarda dayandırılması yanlış addım olub və digər məktəblərdə şagird sıxlığının artmasına səbəb olub.
Gimnaziyalar humanitar, incəsənət və şahmat yönümlü təhsil verir, liseylər isə texniki, təbii, humanitar və idman sahələrində istedadlı uşaqlar üçün ümumi təhsil təmin edir”.
O, qeyd edib ki, hazırda Bakı və Abşeron yarımadasında yerləşən lisey-gimnaziyalarda ibtidai təhsil səviyyəsinin dayandırılması sistemdə müəyyən çətinliklər yaradıb.
“Beynəlxalq təcrübəyə görə, istedadlı uşaqlarla iş 3-6 yaşdan başlanır. Bununla yanaşı, fizika, riyaziyyat, informatika, kimya və biologiya təmayüllü məktəblərdə yalnız müəyyən siniflərə qəbul aparılır və uşaqların qabiliyyətləri beynəlxalq IQ testləri ilə qiymətləndirilir.
Dünya təcrübəsində uşaqların IQ qabiliyyətinə görə paylanması belədir: 2% istedadlı, 6% yüksək bacarıqlı, 17% sadəcə bacarıqlı, 50% orta səviyyəli və 25% çox aşağı IQ qabiliyyətli. Lisey-gimnaziyaların əsas vəzifəsi məhz 2% istedadlı uşaqlarla işləməkdir”.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
