AZ

Türkiyənin meşə və tikinti sənayeçisi məhsullarını Azərbaycan bazarına çıxarmaqda maraqlıdır

Bakı. Trend:

Türkiyənin "Orman Ürünleri Emprenye İnşaat Nakliye və OtomotivSanayi ve Ticaret" şirkəti
məhsullarını Azərbaycan bazarına çıxarmaqda maraqlıdır.

Bunu Trend-əaçıqlamasında sözügedən şirkətin rəhbəri Müzəffər Dəmirəldeyib.

O, əvvəlcə şirkətin fəaliyyəti istiqaməti və ixrac potensialıbarədə danışıb:

"Biz ağac və meşə məhsulları istehsal edirik. Bununla yanaşı,müxtəlif tətbiqlər də həyata keçiririk. Məsələn, taxta terraslar,hovuz kənarlarının düzəldilməsi, taxta evlər və s. inşa edirik.

İxrac fəaliyyətimizə gəlincə, daha çox Şimali İraq və Liviyayaixrac etmişik. Hazırda Azərbaycanla ixrac sahəsində əməkdaşlığımızolmayıb. İdxalımız əsasən Finlandiya və digər Şimali Avropaölkələrindən olur. Bəzən Rusiya və Sibir bölgəsindən gətiriləntaxta məhsulları da alırıq. Məsələn, Sibir şamı (Sibirya çamı)Türkiyədə çox sevilir, çünki bu ağac budaqsız olur, yəni səthində“budaq” deyilən dairəvi izlər yoxdur.
Sibir şamının keyfiyyəti yüksək olsa da, məsafə uzaq olduğuna görənəqliyyat xərcləri çox olur".

Şirkət rəsmisi Azərbaycan bazarına maraqlı olduqlarınıvurğulayıb:

"Azərbaycan coğrafi mövqeyinə görə Türkiyəyə daha yaxındır.Azərbaycan bazarına marağımız var, amma hələlik konkret əməkdaşlıqqurulmayıb. Bir neçə nəfərlə ilkin danışıqlar aparmışıq, lakinnəticə hələlik müəyyən deyil.

Əlbəttə, istərdik ki, Azərbaycan bazarında da fəaliyyətgöstərək. Biz burada emal olunmuş taxta məhsulları sata bilərik.Çünki xam (emal olunmamış) taxtanı Azərbaycan daha asanlıqlaRusiyadan əldə edə bilər".

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr