AZ

Avstraliyalı gənc kriketçinin məşq zamanı FACİƏLİ SONLUĞU - FOTO

Avstraliyada kriket məşqi zamanı faciəvi hadisə baş verib.

İdman.Biz xəbər verir ki, 17 yaşlı Ben Ostin aldığı zədədən dünyasını dəyişib.

Hadisə Melburn şəhərində baş verib.

Top gənc idmançının boğaz nahiyəsinə dəyib. O, dərhal xəstəxanaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub, lakin həkimlərin səylərinə baxmayaraq, ertəsi gün həyatını itirib.

Qeyd olunur ki, Ostin məşq zamanı xüsusi qoruyucu dəbilqə geyinsə də, boğaz hissəsini tam qapamayıb. Halbuki, bu cür qoruyucu vasitə 2023-cü ildən etibarən Avstraliya kriketində məcburi hesab olunur.

İdman.Biz

Seçilən
26
1
idman.biz

2Mənbələr