AZ

Zəfər ruhunun təbliği məqsədilə yeni layihə hazırlanır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2026-cı il üçün nəzərdə tutulan qrant müsabiqəsinə qatılmaq məqsədilə “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi işçi qrupu yaradaraq müsabiqənin şərtlərini və mövzularını 17 oktyabr 2025-ci il tarixində geniş müzakirə etmişdir.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri Natiq Əhmədov təqdim olunacaq layihələrin nizamnaməyə uyğun şəkildə hazırlanmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Layihəyə gənclərin, şəhid ailələrinin, qazilərin və digər həssas qruplardan olan şəxslərin cəlb olunması prioritet məsələ kimi müəyyən edilib. Nəzərdə tutulan gələcək layihə Zəfər Qələbəmizin gələcək nəsillərə çatdırılması məqsədini daşıyır.

 

Seçilən
13
qht.az

1Mənbələr