AZ

Yenə Yamal, yenə qalmaqal: Milandakı oteldə kimin otağında gecələyib?

"Barselona" futbolçusu Lamin Yamal yenidən qalmaqalın mərkəzinə düşüb.

Publka.az xəbər verir ki, bu dəfə onun sevgiləsinə xəyanət etdiyi iddia edilir.

Jurnalist Anna Qurquyun məlumatına görə, “El-Klasiko”da “Real”a məğlubiyyətdən sonra (1:2) Yamal iki günlük istirahətdən istifadə edərək dostları ilə birlikdə Milana yollanıb. Mənbənin iddiasına əsasən, “Barselona”nın “10 nömrəsi” "Armani" otelində qalıb və orada influenser Anna Cenioso da olub.

Bildirilir ki, Yamal və dostları modellərlə birlikdə əyləncə təşkil edib, daha sonra isə futbolçu Annanın otağında gecələyib.

Bu hadisə qısa müddətdə gündəmin əsas mövzularından birinə çevrilib. Jurnalist Xavi de Oyos məsələ ilə bağlı Yamal ilə əlaqə saxlayıb və onun mədəni şəkildə cavab verdiyini bildirib: “Laminə mətbuata qarşı hörmətli münasibətinə görə təşəkkür edirəm. O, həmişə nəzakətlə davranır”.

Seçilən
26
publika.az

1Mənbələr