“Barselona” ilə “El-Klasiko”da baş verən gərginlikdən sonra “Real”ın baş məşqçisi Xabi Alonso Vinisius Juniorla bağlı qərarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, hadisədən sonra tərəflər arasında münasibətlərin pozulduğu iddia edilsə də, Xabi Alonso məsələnin bağlandığını açıqlayıb:
“Vinisius Junior cəzalandırılmayacaq. Məsələ bağlanıb. Onun komanda qarşısında etdiyi çıxış və üzrxahlıq nümunəvi idi”
Xatırladaq ki, “Barselona” ilə görüşdə braziliyalı futbolçu 72-ci dəqiqədə əvəzləndikdən sonra əsəbi şəkildə baş məşqçiyə narazılığını bildirmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı. Xarici mediada yayılan məlumata görə, Vinisius Alonsonu təhqir etmiş və klubdan ayrılmaq istədiyini bəyan etmişdi.