AZ

Bir ovuc nəfəs... Təbiəti qorumaq, ağac böyütmək insanın yaşaması üçün ən dəyərli öhdəlikdir Video

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Səngəçal karvansarasına ziyarətimizi zamanı yolun kənarında qoyulmuş iki ovuc heykəli diqqətimizi çəkdi. Heykəlin ortasında ağac vardı, yaşıl və canlı ağac… Bu heykəl həm də insanlara ağaçları qorumağı tövsiyyə edici xarakteri daşıyır.

Ağaclar canlıların yaşaması üçün böyük əhəmiyyət daşıyır. Oksigen fotosintez prosesi zamanı istehsal edilir. Əslində bütün yaşıl ağaclar insan üçün oksigen təmin edir. Amma bəzi ağacların oksigen istehsalı çox zəif olur.  Onu da qeyd edək ki, oksigen ağacların yarpaq sahəsindən, böyümə sürətindən asılıdır. Oksigen daha çox yarpağını tökən ağaclardan istehsal edilir. Eyni zamanda oksigen çinar, qovaq, söyüd, palıd, fıstıq ağaclarından istehsal edilir.

Bəzi ağaclar digərlərindən daha sürətli böyüyür və tez bir zamanda oksigen istehsal edir. İynəyarpaqlı ağaclar şam, küknar, sidr qışda da yarpaqlarını saxladıqları üçün il boyu oksigen istehsal edə bilirlər.

Xüsusi olaraq vurğulayaq ki, tək bir ağac orta hesabla 2-3 insanın tənəffüsü üçün lazım olan oksigen sintez edir. Unutmamalıyıq ki, hər bir ağac həyatı əhəmiyyətə malikdir. Çünki ağaclar karbon qazını udub, oksigen istehsal edir. Ağaclar havada olan tozu və zəhərli maddələri də təmizləməklə yanaşı, havanın tempraturunu da tənzimləyir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr