AZ

Səfir: Türk dünyası yeni bir intibah dövrünə qədəm qoyur

Bakı, 31 oktyabr, AZƏRTAC

Bu gün biz böyük qürur, sevinc və ümid hissi ilə gənclərimizin gözlərinə baxaraq gələcəyə daha inamla baxırıq. Çünki Türk dünyası son illərdə yenidən yüksəliş mərhələsinə qədəm qoyub.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Deneyap” proqramı iştirakçılarının Məzun günündə çıxışı zamanı deyib. Diplomat qeyd edib ki, Türk dünyası tarixində ən parlaq dövrlərindən birini XVI əsrdə İstanbuldan Səmərqəndədək olan geniş coğrafiyada elmin, innovasiyanın və mədəniyyətin intibah dövrünü yaşayıb. “O dövrdə Əliquşçu, Uluqbəy kimi alimləri yetişdirən məhz həmin dövrün ruhu idi. İndi əsrlər sonra, XXI əsrdə biz bu ruhu yenidən canlandırmaq, bu fürsəti yenidən yaşamaq ərəfəsindəyik”, – deyə səfir bildirib.

Birol Akgün vurğulayıb ki, Türk dünyası bu gün yeni bir intibah dövrünə qədəm qoyur: “Bu üfüqü genişləndirən, çağdaş texnologiyaları bilən, gələcəyə baxışı olan, öz mədəni kökləri ilə əlaqəni itirmədən müasir innovasiya mədəniyyətini mənimsəyən yeni türk gəncliyidir”.

Səfirin sözlərinə görə, bu məqsədlə gənclərdə texnologiyaya, yeniliyə və yaradıcı düşüncəyə maraq oyadan “Bilim Bakı” mərkəzinin “Deney Yap” atelyeləri mühüm rol oynayır: “Bu təşəbbüslər Türk dünyasının inkişaf və tərəqqi ruhuna verilən dəyərli töhfədir. Birol Akgün, həmçinin “T3” Fondunun rəhbəri Selçuk Bayraktarın Türkiyədə “Teknofest nəsli” adlandırılan yenilikçi, texnologiyaya açıq, müasir dünyada rəqabətə qadir yeni insan potensialının yetişdirilməsində önəmli rol oynadığını qeyd edib.

Seçilən
6
5
azertag.az

6Mənbələr